Çatdırılma və ödəniş
Sifariş vermək, hissəni almaq və ödəmək haqqında bilməli olduğun hər şey.
Sifariş necə verilir
- Maşınına uyğun hissəni tap və səbətə at
- Səbətdə adını yaz və “WhatsApp ilə sifariş et” düyməsinə bas, hazır mesajı göndər
- Əməkdaşımız sənə zəng edir, sifarişi, çatdırılmanı və şərtləri təsdiqləyir
Çatdırılma
Bakıya və bütün rayonlara çatdırırıq. Hissəni ustadan özümüz götürüb sənə gətiririk. Çatdırılmanın qiyməti və vaxtı ünvana görə dəyişir, sifarişi təsdiqləyərkən zəngdə razılaşdırılır.
Ödəniş
Ödəniş çatdırılma zamanı nağd edilir. Hissəni görüb yoxlayırsan, sonra ödəyirsən.
Qaytarma və zəmanət
Qaytarma və zəmanət şərtləri hissəyə görə dəyişir. Sifarişi təsdiqləyərkən əməkdaşımız həmin hissənin şərtlərini sənə deyəcək.
Hissənin maşınına uyğun olduğuna əmin olmaq üçün sifarişdən əvvəl maşının markasını, modelini və ilini, bilirsənsə, hissənin OEM kodunu bizə yaz.
Taxılma və boyama
Aldığın hissəni maşına taxa və maşının rənginə boyaya bilərik. Bunu sifariş zamanı əməkdaşımıza de.